“Qarabağ”la oyunun çətin olacağını bilirdik. Ancaq bəxtsizlikdən xalsız qaldıq. Biz “Qarabağ”dan daha çox təziq göstərirdik. Ancaq yenə deyirəm bəxtsizlikdən qollar buraxdıq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın futbolçusu Rasim Ramaldanov “Qarabağ”la oyunu şərh edərkən deyib.
Cənub klubunun müdafiəçisi daha sonra sözlərinə belə davam edib:
“Biz bütün oyunlara 3 xal qazanmaq üçün çıxırıq. Sadəcə yaxşı oyun göstərib xalsız qalmaq pisdi. Bu oyunda 1 xalla razılaşmaq olardı. “Qarabağ” güclü komandadır. Zəif deyil ki, senssasiya oldu kimi deyək”.