26 Dekabr 2024
Müsahibə

Rasim Ramaldanov: “Mən bu oyuna hazır deyildim” – MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın futbolçusu Rasim Ramaldanovun idmanxeber.com saytına müsahibəsi

– "Neftçi"yə gözləniolmədən böyük hesablı yenildiniz. Belə məğlub olmağınıza səbəb nə idi? 

Yəqin səhv etmişik ki, belə məğlub olmuşuq. Səbəbi bilmirəm, uduzmuşuqsa günah bizdədir.

– İkinci hissədə kobud səhvlər etdin. Toşak oyunsonrası mətbuat konfransında uşaq səhvlər etdiyini söylədi.

Mən bu oyuna hazır deyildim. İynə gücünə meydana çıxmışdım. Buna baxmayaraq əlimdən gələni etdim. Kubokun oyununda özümü yaxşı tərəfdən göstərdim. Bunu deyən yoxdu. Daha mənim sözüm yoxdur.

– Turnir cədvəlinin 8-ci pilləsində qərarlaşmısız. Çempionluq artıq əldən gedir…

Düzdü, şanslarımız azalır. Ancaq nəyisə dəyişmək olar. 

– İndiki vəziyyətdə hədəf çempionluqdu, yoxsa kuboku qazanmaq?

İkisini də qazanmaq istəyirik. Hələ xeyli oyun var. Marafon qabağdadır.

– Bu yenilgidən sonra rəhbərlik sizə nə dedi?

Təbii ki, təşəkkür edəsi deyillər. Belə yenilgiyə görə xəbərdarlıq etdilər.

– Qarşıdan "Qəbələ" ilə oyun gəlir. 

Yalnız qələbə qazanmaq üçün meydana çıxacayıq. Başqa bir şey düşünmürük. Çünki başqa yolumuz yoxdur.

Səxavət QURBANOV

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43