“İtaliya ilə oyunda hamımız çox güc qoyduq. İki gündən sonra isə belə çətin oyun bizə çox ağır oldu”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Rasim Ramaldanov deyib.
Xorvatiya ilə oyunda (6:0) 90 dəqiqə meydanda olan Ramaldanov rüsvayçı məğlubiyyət haqda çox danışmaq istəmədiyini, ancaq Foqtsa “torba” tikdiklərini iddia edənlərə belə cavab verib:
“Qardaş, nə torba? Biz uduzmaqla öz adımızı batırdıq. Hər kəsin öz vicdanı var. Kim belə hərəkət edər? Baş məşqçinin qurduğu taktikaya gəlincə, bu onun işidi. Kimə nə tapşırmışdısa hamı işini görürdü”.