Ölkə futbolu

Rasim Ramaldanov rəsmən “Qəbələ”də

“Qəbələ” növbəti transferini gerçəkləşdirib.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” Rasim Ramaldanovu heyətinə qatıb. 31 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb. Ramaldanov Azərbaycanda “Simurq” (2008-2013), “Xəzər Lənkəran” (2013-2015) və “Sumqayıt”da (2016) çıxış edib. Gürcüstanda legioner həyatı yaşayan Ramaldanovun son klubu ötən il formasını geyindiyi “Kolxeti” olub.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycan milli komandasında debüt edən futbolçu ölkəmizin əsas yığmasında 17 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43