Albaniyanın “Kukesi” kollektivində çıxış edən Rauf Əliyevin legioner həyatı uzun çəkməyib.
İdmanxeber.com-un Albaniya mətbuatına istinadən verdiyi məlumata görə, həmyerlimiz yaxın günlər ərzində doğma vətəninə dönəcək. Albaniya saytlarında çıxan xəbərlərə əsasən, Raufun klubda ən çox əmək haqqı alan futbolçulardan biri olmasına baxmayaraq, gözləntiləri verə bilməməsidi. Yarım mövsüm ərzində rəqib qapılarından cəmi 3 qol keçirən Əliyevin yad ölkəyə uyğunlaşa bilməməsinin aydın şəkildə göründüyü vurğulanıb.