“Şimali İrlandiya yığması ilə qarşılaşma bizim üçün çox vacibdir. Çünki hazırda qrup sonuncusuyuq. Bu oyun bizim qələbə qazanmağımız üçün yaxşı şansdır. Təbii ki, çətin olacaq. Çünki onlar da sonuncu oyunda uduzub. Ona görə bizimlə oyuna fərqli motivasiya ilə çıxacaqlar. Yaxşı məşq keçirik. Uşaqlar hamısı qarşıdakı oyunlara böyük istəklə hazırlaşır”.
Bu sözləri millimizin və “Bakı”nın üzvü Rauf Əliyev DÇ-2014-ün seçmə mərhələsində yığmamızın Şimali İrlandiya ilə qarşılaşacağı oyun haqda danışarkən deyib.
Şimali İrlandiya ilə səfər oyununda Qol vuran futbolçumuz yenə qol vurmağa çalışacağını bilidirib: “Əsas odur ki, qələbə qazanaq. Qol vurmağa gəlincə, işim fərqlənməkdir. Əlimdən gələni edəcəyəm ki, Şimali İrlandiyanın qapısına yol tapım. Hücumçu olsam da, həmişə müdafiəyə də kömək edirəm. Düzdür, rəqibin künc zərbələri təhlükəli olur. Təbii ki, bu dəfə standart zərbələr zamanı arxa xəttə kömək etməyə çalışacağam. İstəyirik ki, belə vəziyyətlərdən qol buraxmayaq”.