Müsahibə

Rauf Əliyev: “Mənim 35 yaşım yoxdu ki, futbol karyeram bitsin” (MÜSAHİBƏ)

“İnter”in hücumçusu Rauf Əliyevin İdmanxeber.com-a müsahibəsi
 
– Uzun müddətdi ki, zədəlisən Yaşıl meydanlara nə zaman qayıdacaqsan?
 
– Hələ ki, zədəmin sağalmağını gözləyirəm. Çox istəyirəm ki, futbol oynayım. Hələ ki, nə zaman dönəcəyimi dəqiq bilmirəm.
 
– Bu ilin sonunda müqavilən bitir. Komanda ilə müqaviləni uzatmaq fikrindəsən?
 
– Belə baxanda, “İnter”də problemimiz yoxdu. Hazırda zədəmin sağalmağını gözləyirəm. Dəqiq bir fikir söyləyə bilmərəm. Çünki komanda ilə bu haqda söhbətimiz olmayıb.
 
– Azarkeşlər belə fikirdədirlər ki, biz “Rauf Əliyevi itirdik”. Səncə, bu doğru fikirdir?
 
– Deməzdim. Mənim 35 yaşım yoxdu ki, futbol karyeram bitsin. İnşallah zədədən sonra öz formama qayıdacam. Bunun üçün var gücümlə çalışacam.
 
– Milli komandamızda da hücumçu problemi var. Səncə “inter”də yenidən özünü göstərib milliyə dəvət ala bilərsən?
 
– İnşallah yaxşı olar. “İnter”ə transfer olduqdan sonra milli komandamızın baş məşqçisi  Robert Prosineçki məni yığmaya dəvət etmişdi. İnanıram ki, öz formama qayıtdıqdan sonra milliyə dəvət alacam. Ümid edirəm ki, mənə şans veriləcək və yenidən həmişəki kimi öz oyunumu oynayacam və milliyə dəvət alacam.
 
– Qış transfer pəncərəsi yaxınlaşır. Təkliflər var?
 
– Hazırda zədəliyəm. Ona görə də, təkliflər yoxdu.
 
– Yəni ki, “İnter”də qalacaqsan?
 
– Şükür Allaha, “İnter”də hər şey yolundadır. Belə baxanda, ola bilər ki, maddi sıxıntımız olsun. Amma digər klublarda maddi baxımdan əziyyət çəkir.  İndiki vaxtda “İnter”də hər  şey məni qane edir.
 
– “Neftçi”də çıxış edərkən milliyə dəvət almırdın. Bunu haqsızlıq kimi düşünmürsən?
 
– Xeyr, çünki mən “Neftçi”də öz istədiyim kimi oynamadım. “İnter”də isə oynayırdım və milliyə dəvət edlirdim.  Prosineçki özü də bildirdi ki, oynasam millinin qapıları hər zaman üzümə açıqdı.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43