Milli komanda

Rauf Əliyev: “Sübut edəcəyik ki, günah bizdə deyil”

“Avro-2016″nın seçmə mərhələsi çərçivəsində sabah Norveçlə qarşılaşacaq millimizin futbolçusu Rauf Əliyev bugun jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, “Xəzər Lənkəran”ın hücumçusu sabahkı oyunla bağlı bunları deyib:

“Norveçə qarşı oyuna şox səylə hazırlaşırıq. Komanda yoldaşlarımda böyük inam hiss olunur. Sabahkı matç çox vacibdir. Çalışacağıq ki, doğma meydanda hamını sevindirək. Əlbəttə, yeni baş məşqçi gələndə fərq də hiss olunur.

İndi köklənmə daha yaxşıdır. İstəməzdik desinlər ki, bütün günah futbolçulardadır. Hamı deyir ki, Foqtsda 50 faiz günah varsa, qalanları da futbolçulardadır. Ancaq sübut edəcəyik ki, günah bizdə deyil. Mənim üçün fərq etməz harda oynayıram. Harada istəsələr, orada da oynayacam”.

Qeyd edək ki, Azərbaycan – Norveç qarşılaşması sabah saat 21:00-da  başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43