06 Fevral 2025
Kateqoriyasız

Rauf Əliyev: “Xəzər Lənkəran”la “Neftçi”ni müqayisə etmək tezdi, çünki….”

"Komandada hər şey normaldı, gündə 2 dəfə olmaqla məşqlər davam edir. Böyük həvəs var komandada, özümə gəldikdə isə hər şey yaxşıya doğru gedir, kollektivə uyğunlaşıram. Komandada hər kəs çempionluq üçün mübarizə aparacağımızı bilir, özüm də daxil olmaqnan."

Bu sözləri İdmanxeber.com-un Antalyaya ezam olunmuş muxbirinə açıqlamasında "Neftçi"nin yeni transferi Rauf Əliyev deyib.

Əliyev "Neftçi" "Xəzər Lənkəran"dan nə ilə fərqlənir sualına isə belə cavab verib:

"Xəzər Lənkəran"la "Neftçi"ni müqayisə etmək tezdi, çünki hələ klubda yeniyəm, indidən nəsə deməyə çətinlik çəkirəm".

"Neftçi"nin forvardı maaş probleminin olması ilə bağlı verilən sualı isə cavablandırmaq istəməyib:

"Bu haqda danışmaq istəmirəm".

Səxavət QURBANOV Antalya

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43