2:0 hesabı ilə başa çatan "Neftçi" – "Xəzər Lənkəran" matçının final fitindən sonra "ağ- qaralar"ın futbolçuları azarkeşlərinə minnətdarlıq üçün tribunaya tərəf gələrək onları alqışlayıblar.
İdmanxeber.com-un məlumatına görə, bu zaman sabiq "Xəzər Lənkəran"lı futbolçu Rauf Əliyev komanda yoldaşlarına qoşulmayıb. Futbolçu matçın final fitindən dərhal sonra geyinib- soyunma otağına yollanıb.
Əliyev buna səbəb kimi isə "Xəzər Lənkəran"lı azarkeşlərə hörmətsizlik etmək istəmədiyini bildirib.
Qeyd edək ki, Rauf Əliyev qış transfer pəncərəsi dönəmində "Xəzər Lənkəran"dan "Neftçi"yə transfer olunub.