“Bakı” nəhayət ki, bir araya gələ bilib.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, “zolaqlılar”ı məşqə Milinko Pantiç deyil, onun köməkçiləri çıxarıb. Hələ də Azərbaycana gəlməyən serbiyalı mütəxəssisin əvəzinə onun köməkçiləri komandanı bir araya gətirərək, yeni mövsümün hazırlıqlarına başlayıblar.
Məşqdə diqqət çəkən məqamlardan biri isə Rauf Əliyev və Əfran İsmayılovun hazırlıqda iştirak etməyərək, kənardan izləməsi oldu. “Xəzər Lənkəran”a keçəcəyi gözlənilən Rauf Əliyev Pantiçin geri dönüşünü gözləyir. Təcrübəli mütəxəssis vətənindən qayıtdıqdan sonra Əliyevlə bağlı son sözü deyəcək.
Rauf Əliyevin bugünkü məşqə çıxmaması “Bakı”da oynamaq istəməməsini göstərən amillərdəndi.