"Xəzər Lənkəran"la yollarını ayıran Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyev karyerasını "Neftçi"də davam etdirəcək.
İdmanxeber.com-un məlumatına görə, Paytaxt klubu ilə hərtərəfli razılığa gələn 25 yaşlı hücumçunun sabah 1.5 illik müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, Rauf Əliyev "Xəzər Lənkəran"ın strategiyasının dəyişməsi səbəbindən azad agent statusu alıb.