Azərbaycanın FIFA referisi Rauf Cabarov UEFA-dan təyinat alıb.
İdmanxeber.az-ın məlumatına görə, o, Albaniyada “Vlazniya” və Şimali İrlandiyanın “Linfild” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.
Cabarova laynsmanlar qismində Namik Hüseynov və Cavanşir Yusifov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.