“Səbail” dünən I Divizion təmsilçisi “Binə” ilə keçirdiyi yoldaşlıq görüşündən 2:0 hesablı qələbəylə ayrılıb.
İdmanxeber.com-un məlumatına görə, “aslanlar”ın heyətində Raul Yaqubzadə və baxışda olan Murad Musayev fərqlənib.
Xatırladaq ki, “Səbail” növbəti yoldaşlıq görüşünü iyulun 2-də “Sumqayıt”a qarşı “Kapital Bank Arena”da keçirəcək.