“Real” “Selta”nın yarımmüdafiəçisi Qabri Veyge ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı oyunçunun müqaviləsində 40 milyon avro qarşılığında sərbəst qalacağı qeyd edilib. “Kral klubu” da bu bənddən istifadə edə bilər.
Onun “Selta” ilə müqaviləsi 2026-cı ilə qədərdir. Portal Transfermarkt oyunçunu 30 milyon avro qiymətləndirir.
2022/23 mövsümündə Veyqa bütün yarışlarda 40 oyuna çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.