“Volfsburq”un idman direktoru Klaus Allofs müdafiəçi Rikardo Rodriqesi Madrid “Real”ına satmayacaqlarını bildirib.
İdmanxeber.com-un məlumatına görə, klub rəsmisi “Wolfsburger Allgemeine” nəşrinə açıqlamasında belə danışıb:
“Bunu unutmaq lazımdı. Biz buna getməyəcəyik”.
FIFA Madrid klubuna transfer qadağası qoyduğundan “Real” bu “transfer pəncərəsi” zamanı heyətinə istədiyi futbolçuları cəlb etməyə çalışacaq.
“Real” İsveçrə millisinin futbolçusunu transfer edərək yenidən “Volfsburq”a icarəyə vermək istəyirdi.