“Real” rəhbərliyi bu qış “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnoldu almaqdan imtina edib.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçisi Karlo Ançelotti artıq klub rəhbərliyinin yanvarda transferə büdcə ayırmayacağı ilə barışıb. “Kral klubu” Arnoldu 2025-ci ilin yayında transfer etməyə çalışacaq.
Həmçinin qeyd olunur ki, “Real” daha əvvəl İngiltərə klubuna keçməyə yaxın olan yarımmüdafiəçisi Aurelien Tçuamenini də “Liverpul”a satmayacaq.