22 Sentyabr 2024
Dünya futbolu

“Real” “Arsenal”ın qapıçısını istəyir

İspaniyanın “Valyadolid” klubunun qapıçısı Karl Heyn “Real”a keçə bilər.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri Florentino Peres 22 yaşlı futbolçunun mümkün transferini müzakirə etmək üçün qarşı tərəflə əlaqə saxlayıb.

Heyn icarə əsasında “Valyadolid”də çıxış edir. Onun müqaviləsi London “Arsenal”ına məxsusdur. Futbolçunun transfer dəyəri iki milyon avro qiymətləndirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43