Dünən İspaniya La Liqasında keçirilən “Real” – “Las Palmas” görüşündə (3:3) “kral klubu” yeni rekord müəyyənləşdirib.
İdmanxeber.com-un məlumatına görə, komanda ardıcıl 45-ci oyunda rəqib qapısına yol taparaq rekord qırmağa nail olub. Daha öncə bu rekord “Barselona”ya məxsus idi. Kataloniya klubu 1942-1944-cü illərdə ardıcıl 44 oyunda rəqib qapılarına yol tapmağı bacarmışdı.
Xatırladaq ki, bu mövsüm “Real” klubu “Barselona”nın bir neçə rekordunu yeniləyib və ötüb.