Dünya futbolu

“Real” “Bavariya”nın təklifinə müsbət yanaşmır

“Bavariya” “Real”ın vingeri Rodriqo ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu da Münhen təmsilçisində çıxış edən Alfonso Deyvisi heyətinə qatmaq istəyir. Almaniya klubunun Rodriqo ilə kanadalını dəyişməyə hazır olduğu bildirilib.

Ancaq “kral klubu” bu variantı nəzərdən keçirmir. “Real” rəhbərliyi Alfonso üçün 60-70 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Bu mövsüm 22 yaşlı Rodriqo bütün turnirlərdə 20 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun dəyərini 100 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43