“Real” Jud Bellingemin qardaşı “Sanderlend”in yarımmüdafiəçisi Job Bellingemi izləmək üçün skautlar göndərib.
İdmanxeber.az-ın məlumatına görə, 18 yaşlı Job yay transfer pəncərəsində böyük qardaşına qoşula bilər. Klubun prezidenti Florentino Peres yarımmüdafiəçi ilə müqavilə bağlamaqda maraqlıdır.
18 yaşlı futbolçu klubda bütün yarışlarda 12 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.