Dünyadan

“Real” Beniteslə bağlı qərarını RƏSMƏN açıqladı

“Real” (Madrid) klubunun baş məşqçisi Rafael Benites vəzifəsində qalacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun prezidenti Florentina Perez keçirdiyi mətbuat konfransında deyib. O, Benitesə güvəndiklərini və ona tam dəstək verdiklərini bildirib:

“Benites istedadlı biridir və buradakı işinə yeni başlayıb. O, rahat bir şəkildə çalışaraq hədəflərinə çatacaq. Möhtəşəm bir heyətimiz var və hər şeyin ən yaxşısına layiq azarkeşlərə sahibik. Benites kluba uğur qazanmaq üçün gəlib. Hazırda çətin bir dönəmdəyik. O, indi daha çox dəstəyə ehtiyacı var. Benitesin vəziyyəti düzəldəcəyinə inanıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43