Dünya futbolu

“Real” Braziliya millisinin üzvünü istəyir

“Zenit”in müdafiəçisi Robert Renan karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində “Real” maraqlıdır. Bildirilir ki, klublararası dünya çempionatından sonra Madrid klubu 19 yaşlı futbolçu üçün Rusiya təmsilçisinə 40 milyon avro təklif edəcək.

Braziliyalı futbolçu U-20 yığmasının da üzvüdür. O, millidə 9 oyun keçirib. Müdafiəçi hazırda Braziliyanın 20 yaşlılardan ibarət yığmasının heyətində Amerika Kubokunda oynayır.

Renanın “Zenit”lə 2028-ci ilə qədər müqaviləsi var.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43