16 Sentyabr 2024
Dünya futbolu

“Real” braziliyalını təqdim etməyə hazırlaşır

“Real” “Palmeyras”dan trasnfer edilən Endrikə təqdimat mərasimi keçirəcək.

İdmanxeber.az-ın məlumatına görə, tədbir iyulun 27-də baş tutacaq. Həmin gün futbolçu ilə rəsmi müqavilə imzalanacaq. Bundan sonra braziliyalı mətbuat konfransı keçirəcək.

İyulun 21-də 18 yaşı tamam olacaq 17 yaşlı futbolçunun Madrid klubu ilə 2030-cu ilin yayına qədər müqavilə bağlamayacaq. “Transfermarkt” braziliyalının dəyərini 60 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43