Dünya futbolu

“Real” Çempionlar Liqasını belə qazandı – VİDEO

Bu gün Çempionlar Liqasında 2016/17 mövsümünə yekun vurulub.

Kardiffdə keçirilən finalda turnirin son qalibi “Real” “Yuventus”la üz-üz gəlib.

“Kral klubu” buna qədər son 3 mövsümdən 2-də, ümumilikdə isə 11 dəfə Çempionlar Liqasının qalibi olmuşdu. Son 5 finalın hamısında qalib gələn Madrid klubu bu dəfə də ənənəsinə sadiq qalıb. Zinəddin Zidanın komandası 4:1 hesablı qələbə ilə Avropanın ən güclüsü adını qazanıb.

Bu qələbə ilə “Real” həm də ÇL-in tarixində düşüb. İndiyədək heç bir klub ardıcıl iki il ÇL-in qalibi olmamışdı.

“Yuventus” (İtaliya) – “Real” (İspaniya) – 1:4

Qollar: Ronaldo, 20 (0:1), Mandzukiç, 27 (1:1), Kazemiro, 61 (1:2), Ronaldo, 64 (1:3), Asensio, 90 (1:4)

Qırmızı vərəqə: Kuadrado, 84 (“Yuventus”)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43