İspaniya Superkubokunda finalçılar bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, yarımfinal görüşündə “Real” “Malyorka” ilə üz-üzə gəlib. Madird klubu matçdan qələbə ilə ayrılıb – 3:0.
Bununla da “Real” finalda “Barselona”ya rəqib olub.
Həlledici görüş yanvarın 12-də keçiriləcək.