Dünya futbolu

“Real” dünyanın ən yaxşı komandasıdır” – Bellinqem

“Real”ın yarımmüdafiəçisi Jud Bellinqem Madrid klubunda oynamasından danışıb.

İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı ingiltərəli futbolçu 2023-cü ildə qazandığı “Golden Boy” mükafatını alarkən fikirlərini bölüşüb:

“Bu mükafatı qazandığım üçün fəxr edirəm. Mənim sirrim məsuliyyətdir, çünki mən uşaq vaxtı akademiyada oxumuşam. Bu işi sevirəm. Mən hər gün daha yaxşı olmaq və komandama kömək etmək istəyirəm. “Real” dünyanın ən yaxşı komandasıdır. Burada oynamaq imkanım olduğu üçün şadam”.

Bellinqem yay transfer pəncərəsində Dortmund Borussiyasından Real Madridə keçdi. O, Madrid klubunda 17 oyun keçirib, 15 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43