30 Sentyabr 2024
Dünya futbolu

“Real” “Everton”un müdafiəçisini istəyir

“Everton”un müdafiəçisi Cerrad Brantueyt karyerasını “Real”a keçə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu 22 yaşlı futbolçunu uzun müddətdir izləyir. Daha öncə oyunçu “Mançester Yunayted”in də gündəmində idi.

“Transfermarkt”in ekspertləri Brantueytin dəyərini 42 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43