“Real” yarımmüdafiəçi Orelyen Tçuameni ilə bağlı qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik fransalı futbolçunu satmaq niyyətindədi. Ona gələcək təkliflər dəyərləndiriləcək. 24 yaşlı futbolçunun “Real”la müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Tçuameni bu mövsüm La Liqada 10 oyun keçirib və qol vurmayıb.