“Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton “Real”ın maraq dairəsindədi.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu 21 yaşlı futbolçuya təklif göndərməyə hazırlaşır. Yayda tərəflər arasında danışıqlar start götürəcək.
Gəncə futbolçu bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.