“Liverpul”un futbolçusu Trent Aleksander-Arnold karyerasını İspaniyada davam etdirəcək.
İdmanxeber.az-ın xarici mətbuata istinadən məlumatına görə, “Real” futbolçu ilə şifahi razılıq əldə edib. Madrid klubu 26 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalayacaq.
Xatırladaq ki, İngiltərə millisinin üzvünün “Liverpul”la müqaviləsi mövsüm sonu başa çatacaq.
Trent Aleksander-Arnold bu mövsüm İngiltərə təmsilçisinin heyətində 35 matça çıxaraq 3 qol vurub və 7 qolun ötürməsini edib.