08 Oktyabr 2024
Dünya futbolu

“Liverpul” darmadağın oldu, “Napoli”dən qələbə  – YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki görüşü keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Almaniyada “Ayntraxt” bu mövsüm uğurlu çıxışı ilə diqqət çəkən İtaliyanın “Napoli” klubu ilə üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə sona çatıb – 2:0.

Gecənin nəticəsi maraqla gözlənən qarşılaşması isə İngiltərədə keçirilib. “Liverpul” doğma meydanda “Real”ı qəbul edib.

Ev sahibi oyuna yaxşı başlasa da, sonunu gətirə bilməyib. “Qırmızılar” 2:0 önə keçdiyi matçdan 5:2 məğlub ayrılıb.

21 fevral

Çempionlar Liqası, 1/8 final

00:00 Liverpul – Real  2:5

Qollar:Nunes, 4 (1:0), Salah, 14 (2:0), Vinisius Junior, 21 (2:1), 36 (2:2), Eder Militao, 48 (2:3), Kərim Benzema, 56 (2:4), 67 (2:5)
Liverpul, “Enfild” stadionu

00:00. “Ayntraxt” – “Napoli”  0:2

Qol: Osimhen, 40, Di Lorenzo, 65

Qırmızı vərəqə: Kolo Muani, 58 (“Ayntraxt”)
Frankfurt, “Frankfurt” stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43