16 Sentyabr 2024
Dünya futbolu

“Real” “Liverpul”un futbolçusunu istəyir

Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı futbolçu “Real”ın maraq dairəsindədi. İngiltərəli futbolçunun “qırmızılar”la müqaviləsinin bitməsinə bir il qalıb. 

Klubun yetirməsi olan Arnold hələlik təkliflə bağlı qərarını verməyib. O, rəhbərlikdən düşünmək üçün vaxt istəyib.

Futbolçu karyerası ərzində yalnız “Liverpul”da top qovub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43