Kateqoriyasız

“Yuventus” və “Real” mübarizəni dayandırdı

Koronavirus pandemiyasına görə martda dayandırılan Çempionlar Liqası bərpa olunub.

İlk oyun günündə 1/8 finalın iki cavab oyunu keçiriləcək.

“Yuventus” “Lion”u, “Mançester Siti” – “Real”ı qəbul edib. Turinlilər 2:1 hesabı ilə qalib gəlsələr də, ilk oyunda 1:0 üstün olan Fransa təmsilçisi səfər qolu üstünlüyünə görə 1/4 finala yüksəlib. “Mançester Siti” isə ilk matçda olduğu kimi cavab oyununda da rəqibinə 2:1 hesabı ilə qalib gələrək, mərhələ adlayıb.

Çempionlar Liqası
1/8 final, cavab oyunları

23:00. “Yuventus” (İtaliya) – “Lion” (Fransa) – 2:1
Qollar: Ronaldo, 49 (pen.), 60 – Depay, 12 (pen.)
İlk oyun – 0:1

23:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) – 2:1
Qollar: Sterlinq, 9, Zejuş, 68 – Benzema, 28
İlk oyun – 2:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43