20 Sentyabr 2024
Dünya futbolu

“Real” Mbappe üçün son təkliflə hazırlaşır

“Real” PSJ-nin hücumçusu Kilian Mbappeyə növbəti dəfə müqavilə təklifi göndərməyi planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə, ispanlar fransalıya 2024-cü ilin əvvəlində təklif vermək niyyətindədir. Bunun 24 yaşlı futbolçu ilə son anlaşma cəhdi olacağı iddia edilir.

Mbappenin PSJ ilə müqaviləsi gələn ilin iyunun sonunda başa çatır. Əvvəllər o, parislilərlə müqaviləsini 2025-ci ilə qədər uzatmaq variantından istifadə etməkdən imtina etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43