Dünya futbolu

“Real” Mbappeyə təqdimat keçirəcək

“Real” yeni transferi Kilian Mbappeyə təqdimat mərasimi keçirəcək.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu iyulun 16-da, “Santyaqo Bernabeu” stadionunda oyunçusunu rəsmən təqdim edəcək. Daha sonra Mbappe jurnalistlərin qarşısına çıxacaq.

25 yaşlı futbolçu PSJ-dən ayrıldıqdan sonra azad agent kimi Madrid klubuna keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43