03 Dekabr 2024
Dünya futbolu

“Real” Modriçlə bağlı qərarı verdi

“Real”da yarımmüdafiəçi Luka Modriçə yeni müqavilə təklif etməyəcəyinə qərar verib.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu futbolçunun gedişini qaçılmaz hesab edir. Modriç özü də komandadan ayrılmaq niyyətindədir. O, “kral klubu”nun gələcək planlarına daxil deyil.

Daha əvvəl Modriçin karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istədiyi barədə məlumat yayılmışdı.

Modriç 2012-ci ildən “Real”da çıxış edir. Cari mövsümdə xorvatiyalı futbolçu La Liqada 13 oyun keçirib, 2 qol vurub.

Onun Madrid komandası ilə müqaviləsi 2024-cü ilin yayına kimi hesablanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43