“Real” yay transfer kampaniyasını müdafiə xəttinin gücləndirilməsi ilə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, klubun “İnter”in futbolçusu Denzel Dumfrislə maraqlandığı bildirilir. Niderland millisinin üzvü sağ cinah müdafiəçisi mövqeyində çıxış edir.
Madrid təmsilçisi onun təcrübəsindən yararlanmaq niyyətindədir. İspaniya mətbuatında yayılan xəbərlərə görə, futbolçu artıq klubun əsas hədəflərindən biridir.
Dumfrisin transferinin Konate keçidi ilə paralel həyata keçirilə biləcəyi vurğulanır. Tərəflər arasında ilkin təmasların olduğu qeyd edilir.
Razılıq əldə olunacağı təqdirdə transfer yaxın həftələrdə baş tuta bilər.

