“Mançester Yunayted”in və Portuqaliya millisinin futbolçusu Brunu Fernandeş karyerasını “Real”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu 28 yaşlı yarımmüdaifəçi üçün “qırmızı şeytanlar”a təklif göndərib.
Transfer qiyməti 75 milyon avro olan ulduz futbolçunun “Real”ın bu təklifinə müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, Brunu Fernandeş 2020-ci ildən “Mançester Yunayted”də çıxış edir.