“Real” Lukas Vaskeslə yeni müqavilə imzalamaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı oyunçunun “kral klubu”yla olan sözləşməsi bu yay bitir. Madrid klubu ona 1 illik yeni kontrakt önərəcək.
“Real”ın yetirməsi olan Vaskes 2015-ci ildən bəri əsas komandada çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 26 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.