Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
İdmanxeber.az-ın məlunatına görə, ikinci oyun günündə 2 matç keçirilib. “Çelsi” evdə “Real”ı qəbul edib. 4 qolun qeydə alındığı matçda Madrid klubu qələbəyə sevinən tərəf olub.
“Bavariya” isə “Vilyarreal”ın qonağı olub. İslanlar erkən vurduğu qolla minimalhesablı qələbə qazanıb.
Bu komandalar arasında cavab görüşləri isə aprelin 12-də keçiriləcək.
Qeyd edək ki, ötən gün oynanılan ilk 2 qarşılaşmada “Liverpul “Benfika”ya 3:1 hesabı ilə, “Mançester Siti” isə “Atletiko”ya 1:0 hesabı ilə qalib gəlib.
Çempionlar Liqası, 1/4 final
İlk oyunlar
6 aprel
23:00. “Çelsi” (İngiltərə) – “Real” (İspaniya) – 1:3
Qollar: Militao, 14 (0:1), Benzema, 21 (0:2), 24 (0:2),Haverts, 40 (1:2), 46 (1:3)
Baş hakim: Klement Turpin (Fransa)
“Stemford Bridc” stadionu.
23:00. “Vilyarreal” (İspaniya) – “Bavariya” (Almaniya) – 1:0
Qol: Danjuma, 8
Baş Hakim: Entoni Teylor (İngiltərə)
“Estadio de la Keramika” stadionu.
5 aprel
“Mançester Siti” (İngiltərə) – “Atletiko” (İspaniya) – 1:0
“Benfika” (Portuqaliya) – “Liverpul” (İngiltərə) – 1:3