“Real” iki ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, Madrid klubunun futbolçuları Marselo və Serxio Ramos zədələnib. “Barselona” ilə oyunda sıradan çıxan futbolçular Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Şaxtyor”a (Donetsk) qarşı oynamayacaqlar.
Qeyd edək ki, “Şaxtyor” – “Real” oyunu noyabrın 25-i keçiriləcək.