“Real” “Bavariya”nın aparıcı üzvü Robert Levandovskini transfe etmək istəyir.
İdmanxeber.com-un məlumatına görə, artıq Madrid klubu bu transferin reallaşması üçün hərəkətə keçib.
Polşalı futbolçunun agenti Çezari Kuxarski klubun dəvəti ilə İspaniyaya gəlib və “Real” – “Hetafe” matçını stadiondan izləyib. Onun klubun prezidenti Florentino Perezlə görüşdüyü bildirilir.
Münhen klubu ilə müqaviləsi 2019-cu ildə başa çatacaq polşalı forvard Almaniya nəhənginin yeni sözləşməsini rədd edib.