“Real” İspaniya kubokundan kənarlaşdırılıb.
İdmanxeber.com-un məlumatına görə, buna səbəb “kral klubu”nun cəzalı futbolçu oynatması olub. Belə ki, Madrid təmsilçisi turnirin 1/16 final mərhələsində “Kadiz”ə qarşı matçda cəzalı futbolçu Denis Çerışevi oynadıb.
Qeyd edək ki, həmin matçda”Real” 3:1 hesabı ilə qalib gəlmişdi. Qollardan birini məhz Çerışev vurmuşdu.