“Real” hücumçu Vinisius Junior və yarımmüdafiəçi Eduardo Kamavinqanın milli komandada olarkən zədələnməsindən narazıdır.
İdmanxeber.az “Marca” nəşrinə istinadən xəbər verir ki, Madrid klubu oyunçuların sıradan çıxmasına görə La Liqa, İspaniya Futbol Federasiyası, FİFA və UEFA rəhbərliyini günahlandırır. “Real” rəhbərliyi hesab edir ki, futbolçuların zədələnməsinə səbəb təqvimin həddən artıq yüklənməsidir.
Xatırladaq ki, “kral klubu”nun iki üzvü – Vinisius və Kamavinqa milli komandaların oyunları zamanı zədələnib. Hər iki futbolçunun da bir müddət yaşıl meydanlardan kənar qalacağı bildirilib.