“Real”ın yarımmüdafiəçisi Federiko Valverde klubu ilə yeni müqavilə imzalayıb.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı uruqvaylının yeni sözləşməsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Yarımmüdafiəçi 2016-cı ildən “Real”da çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 16 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalı Valverdenin bazar dəyərini 100 milyon avro qiymətləndirir.