Dünya futbolu

“Real” və “Atletiko” hazırda Çempionlar Liqasının ən güclü komandalarıdır”

“Bavariya”nın futbolçusu Xabi Alonso maraqlı açılaması ilə gündəmə gəlib.

İdmanxeber.com-un məlumatına görə, 35 yaşlı futboçu Çempionlar Liqasının finalında “Real”la qarşılaşmağı və keçmiş komandasına qarşı oynamaq istədiyini bildirib:

“Real” və “Atletiko” turnirin ən güclü komandalarıdır. Onlarla sonra qarşılaşaq daha yaxşı olar.  “Barselona”nın işi çətindir. İlk oyunda 4:0 hesabı ilə məğlub olmuşdular. Amma onların turniri artıq tərk etdiyini deyə bilmərəm. Finalda “Real”la qarşılaşmaq istəyirəm”.

Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 3-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43