“Real” rəhbərliyi tezliklə Vinisius Juniorla müqaviləni uzatmağı planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu yaxın bir neçə həftə ərzində futbolçunun ətrafı ilə danışıqlara başlamaq niyyətindədir. Braziliyalının hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
Bu mövsüm Vinisius La Liqada 11 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.