20 Yanvar 2025
Dünya futbolu

“Real” Xviçanı gündəmində saxlayır

Gürcüstanlı futbolçu Xviça Kvaratsxeliya “Real”ln maraq dairəsinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, cari mövsümün sonunda Vinisius Junior və Rodriqo cütündən biri komandanı tərk edəcəyi təqdirdə, rəhbərlik Xviçanı gündəminə alacaq.

“Napoli”nin hücumameyilli yarımmüdafiəçi üçün yüksək məbləğdə təzminat tələb edəcəyi bildirilir.

Gürcü futbolçu “Napoli”yə 2022-ci ildə Batumi “Dinamo”sundan keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43