“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldonun Çempionlar Liqasında keçiriləcək “Qalatasaray”la oyunda oynaması sual altındadır.
İspaniya mətbuatının yaydığı xəbərə görə, portuqaliyalı futbolçunun zədəsinin olduğu və “Qalatasaray”la oyunda çıxış edəcəyi təqdirdə bu zədənin ciddi problemlərə yol açacağı bildirilir. Ona görə də, Madrid təmsilçisi futbolçunu qorumaq üçün bu oyunda oynatmayacağı gözlənilir.